SON XƏBƏRLƏR

Evin həbsxanasında saxlanılan britaniyalı məhbus aclıq aksiyası keçirir

2026.05.15, 11:49
Evin həbsxanasında saxlanılan britaniyalı məhbus aclıq aksiyası keçirir

Tehranın Evin həbsxanasında saxlanılan britaniyalı məhbus Krig Formen aclıq aksiyasına əl atıb.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Onun, görüşə icazə verilməməsinə, özünə və həyat yoldaşına tətbiq edilən məhdudiyyətlərə etiraz olaraq aclıq aksiyası keçirdiyi bildirilib.

Qeyd edək ki, motosikletlə dünya turuna çıxan Krig və həyat yoldaşı Lindsi Formen 2025-ci il dekabrın 30-da İranın Kirman əyalətindən keçdikləri vaxt saxlanılıblar.

casusluqda ittiham olunan cütlüyün hər birinə 10 il həbs cəzası verilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar