SON XƏBƏRLƏR

ABŞ Rusiyaya neft güzəştini dayandırdı

2026.05.17, 12:55
ABŞ Rusiyaya neft güzəştini dayandırdı

Rusiyanın neft gəlirlərinə yeni zərbə; ABŞ Rusiyanın nefti ilə bağlı sanksiya güzəştini uzatmadı.

Gunaz.tv

Reuters-in yaydığı məlumata görə, Tramp administrasiyası şənbə günü Rusiyanın dəniz yolu ilə daşınan neftinin alınmasına dair sanksiya güzəştini uzatmayıb. Bu güzəşt əvvəllər Hindistan da daxil olmaqla bəzi ölkələrə qlobal təchizat çatışmazlığı şəraitində Rusiya nefti almağa imkan verirdi.

Sözügedən güzəşt bir aylıq son uzadılma müddətinin başa çatması ilə qüvvədən düşüb. Həmin uzadılmanın İran tərəfindən Hörmüz boğazının bağlanmasından sonra neft bazarındakı təzyiqi azaltmaq məqsədi daşıdığı bildirilirdi.

ABŞ Maliyyə Nazirliyi daha əvvəl açıqlamışdı ki, neft tankerlərində saxlanılan Rusiya neftinin alınmasına dair ümumi lisenziya uzadılmayacaq.

İki demokrat senator da administrasiyaya bu güzəşti davam etdirməməklə bağlı çağırış etmiş, belə bir addımın Rusiyanın Ukraynaya qarşı müharibəni maliyyələşdirməsinə kömək etdiyini bildirmişdi.

Reuters yazır ki, ABŞ-da benzinin qiyməti hər qallon üçün təxminən 4 dollar 50 sentə çatıb, İranla müharibənin başlamasından sonra isə neftin qiyməti bir barel üçün 100 dollar civarında və ya daha yuxarı səviyyədə qalıb.

Hindistan hazırda Rusiyanın dəniz yolu ilə ixrac etdiyi neftin ən böyük alıcısı hesab olunur.


GünAzTV
R.G
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar