SON XƏBƏRLƏR

Tehran müharibənin bitməsi üçün şərtlərini açıqladı

2026.05.19, 18:07
Tehran müharibənin bitməsi üçün şərtlərini açıqladı

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İran Xarici İşlər Nazirliyinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi Tehranın ABŞ-yə təqdim etdiyi təklif paketində müharibənin dayandırılması və razılaşmanın əldə olunması üçün bir sıra şərtlər irəli sürdüyünü açıqlayıb.

Qəribabadi çərşənbə axşamı, 29 ordibeheşt (19 may 2026-cı il) İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının iclasında Tehran ilə Vaşinqton arasında aparılan danışıqların gedişi barədə hesabat təqdim edib və “qərarvericilərin və İranın danışıqlar heyətinin prinsiplər üzərində dayanmasını” müdafiə edib.

İRNA agentliyinin yaydığı məlumata əsasən, İran ABŞ-yə təqdim etdiyi son təklifdə aşağıdakı şərtləri irəli sürüb:

1. Uran zənginləşdirmə hüququnun və dinc nüvə hüquqlarının tanınması
2. Bütün cəbhələrdə, o cümlədən Livanda müharibənin dayandırılması
3. ABŞ-nin İrana qarşı dəniz mühasirəsinin aradan qaldırılması
4. İranın dondurulmuş maliyyə vəsaitləri və aktivlərinin azad edilməsi
5. ABŞ tərəfindən müharibə zərərlərinə görə bərpa xərclərinin ödənilməsi
6. Bütün birtərəfli sanksiyaların və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin ləğvi
7. ABŞ qüvvələrinin İran ətrafındakı bölgələrdən çıxarılması

İran və ABŞ iki tərəf arasında elan edilmiş kövrək atəşkəsdən sonra birbaşa danışıqlara başlayıb. Bununla yanaşı, Pakistan kimi kanallar vasitəsilə də tərəflər arasında mesaj mübadiləsinin davam etdiyi bildirilir.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar