SON XƏBƏRLƏR

Britaniyalı cütlük Evin həbsxanasında aclıq aksiyası keçirir

2026.05.21, 12:00
Britaniyalı cütlük Evin həbsxanasında aclıq aksiyası keçirir

Tehranın Evin həbsxanasında saxlanılan britaniyalı məhbus Krig Formen və həyat yoldaşı Lindsi Formen 13 gündür aclıq aksiyası keçirirlər.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Cütlük, görüşə icazə verilməməsinə, özlərinə qarşı tətbiq edilən məhdudiyyətlərə və ailələri ilə telefon əlaqəsi saxlamalarına qadağa qoyuluğuna etiraz olaraq aclıq aksiyası keçirdikləri bildirilib.

Məlumata görə, həbsxana rəhbərliyi Lindsi Formenə ailəsi ilə telefon əlaqəsi saxlamasına icazə veriləcəyi barədə vəd verdikdən sonra o aksiyanı dayandırıb. Ancaq vəd yerinə yetirilmədiyi üçün bir gün sonra yenidən aclığa başlayıb.

Qeyd edək ki, motosikletlə dünya turuna çıxan Krig və həyat yoldaşı Lindsi Formen 2025-ci il dekabrın 30-da İranın Kirman əyalətindən keçdikləri vaxt saxlanılıblar.

casusluqda ittiham olunan cütlükün hər birinə 10 il həbs cəzası verilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar