SON XƏBƏRLƏR

Avropa Parlamenti insan haqları pozuntularına görə İranla bağlı daha geniş sanksiyaları dəstəkləyib

2026.05.21, 15:37
Avropa Parlamenti insan haqları pozuntularına görə İranla bağlı daha geniş sanksiyaları dəstəkləyib

Avropa Parlamenti repressiyalar, edamlar və “etirazçıların kütləvi qətli” ilə bağlı İran rəsmilərinə qarşı Avropa İttifaqının sanksiyalarının genişləndirilməsinə çağırıb.

Gunaz.tv

“Parlament İran rəsmilərinə qarşı daha çox sanksiya tələb edir, İran xalqı ölkə tarixində etirazçıların ən böyük kütləvi qətli ilə üz-üzədir”, — deyə bəyanatda bildirilib.

Avropa Parlamentinin üzvləri siyasi aktivliyi önləmək üçün ölüm hökmünün tətbiqini pisləyib, İrandan ölüm cəzasını ləğv etməyi və bütün siyasi məhbusları dərhal azad etməyi tələb ediblər.

Qətnamədə mart və aprel aylarında müxaliflərin, o cümlədən azyaşlıların gizli şəkildə edam edilməsi tənqid olunub və repressiya ilə əlaqəli rəsmilər və qurumlara, o cümlədən İnqilab Keşikçiləri Korpusuna (SEPAH) və ali liderlə əlaqəli institutlara sanksiyaların tətbiqi çağırışı edilib.

Deputatlar AB ölkələrini transmilli repressiya ilə əlaqəli İran diplomatik nümayəndəliklərini bağlamağa və internet blokadası fonunda iranlılara təhlükəsiz və etibarlı internetə çıxış vasitələri təmin etməyə çağırıblar.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar