SON XƏBƏRLƏR

Hörmüz boğazının bağlanması böhran təhlükəsi yaradır- Media

2026.05.22, 10:36
Hörmüz boğazının bağlanması böhran təhlükəsi yaradır- Media

Hörmüz boğazından naviqasiyanın avqusta qədər bərpa olunmayacağı halda, hadisələrin inkişafı qlobal iqtisadiyyat üçün 2008-ci ilin dünya maliyyə böhranı ilə müqayisə oluna biləcək tənəzzül təhlükəsi yaradır.

Gunaz.tv

Bu barədə "Bloomberg" agentliyi "Rapidan Energy Group" konsaltinq şirkətinin analitiklərinin məlumatlarına istinadən bildirib.

Baza proqnozu olaraq şirkət boğazın fəaliyyətinin iyul ayında bərpa olunacağını güman edir. Hadisələrin bu cür inkişafı variantında ekspertlər neftə olan məcmu tələbatın sutkada 2,6 milyon barel azalacağını və "Brent" markalı neftin qiymətinin bir barel üçün 130 dollara qədər artacağını proqnozlaşdırırlar.

Daha neqativ ssenaridə isə naviqasiyanın bərpasının avqusta qədər ləngiməsi üçüncü rübdə neft tədarükü çatışmazlığının sutkada 6 milyon barel təşkil etməsinə gətirib çıxara bilər.

"Hazırkı makroiqtisadi şərait 1970-ci illər və ya 2007-2008-ci illər dövrü ilə müqayisədə daha az ekstremaldır. Bununla belə, bu nisbətən daha dayanıqlı başlanğıc mövqeyi neft kotirovkalarının uzunmüddətli artımının maliyyə və makroiqtisadi zəiflikləri kəskinləşdirə biləcəyi təhlükəsini aradan qaldırmaq iqtidarında deyil", - agentlik şirkətin analitik məruzəsindən sitat gətirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar