SON XƏBƏRLƏR

Danışıqlara diplomat əvəzinə raket göndərin- Rzayi

2026.05.22, 16:33
Danışıqlara diplomat əvəzinə raket göndərin- Rzayi

​​​​​​​Böyük Şeytan Amerika ilə danışıqlara diplomatlar əvəzinə raketlər göndərin ki, işin nə yerdə olduğunu başa düşsünlər.

Gunaz.tv

Bunu İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sözçüsü İbrahim Rzayi deyib.

"Xarici İşlər Nazirliyinin diplomatına sanksiya tətbiq etmək diplomatiyanı boykot etmək deməkdir. Bu danışıqlar da, ehtimal ki, bir aldatmadır və amerikalılar diplomatiya ilə maraqlanmırlar",- o bildirib.

Daha əvvəl İslam Respublikasının Xarici İşlər Nazirliyi ölkənin Livandakı səfiri Məhəmməd Rza Rauf Şeybaniyə qarşı ABŞ-ın sanksiyalarını "qanunsuz" və "əsassız" adlandırmış və bunu "ABŞ-ın hakim orqanının beynəlxalq hüququn mübahisəsiz prinsiplərinə və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə məhəl qoymaması" kimi xarakterizə edib.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi mayın 21-də Livanın suverenliyini sarsıdan Hizbullahla əlaqəli doqquz şəxslə birlikdə İslam Respublikasının Livandakı səfirinə qarşı da sanksiya tətbiq etdiyini açıqlayıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar