SON XƏBƏRLƏR

Rubio: Tehran yaxın günlərdə razılaşmanı qəbul edə bilər

2026.05.23, 21:28
Rubio: Tehran yaxın günlərdə razılaşmanı qəbul edə bilər

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Tehran yaxın günlərdə müharibənin dayandırılması üçün razılaşmanı qəbul edə bilər.

Hindistana səfəri zamanı danışan Rubio deyib ki, Tehranla aparılan danışıqlarda irəliləyiş əldə olunub və Vaşinqton yaxın vaxtlarda bu barədə yeni açıqlama verə bilər.

O, eyni zamanda ABŞ-ın İrana qarşı mümkün yeni hücum ehtimalını istisna etməyib və vurğulayıb ki, Tehran Hörmüz boğazını açmalı, eləcə də nüvə proqramı, o cümlədən yüksək zənginləşdirilmiş uran məsələsində geri addım atmalıdır.

Bu arada İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, Tehran müharibənin dayandırılması, dəniz blokadasının aradan qaldırılması və dondurulmuş aktivlərin azad olunmasına fokuslanan memorandum üzərində işləyir.

Bu proses Pakistan və Qətərin Tehranla Vaşinqton arasında mövqeləri yaxınlaşdırmaq üçün vasitəçilik səylərini davam etdirdiyi bir vaxtda baş verir.


GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar