SON XƏBƏRLƏR

İran məhkəməsi internetin açılmasını dayandırdı

2026.05.26, 21:38
İran məhkəməsi internetin açılmasını dayandırdı

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İran hökumət rəsmiləri beynəlxalq internetin yenidən açılmasının başladığını açıqladığı bir vaxtda, İnzibati Ədalət Məhkəməsi virtual məkanın idarə olunması ilə bağlı qərarın icrasını növbəti bildirişədək dayandırıb.

Bu qərara əsasən, son internet məhdudiyyətlərindən əvvəlki vəziyyətə qayıdışı nəzərdə tutan qərar da daxil olmaqla, sözügedən qurumun bütün qərarlarının icrası müvəqqəti olaraq dayandırılıb.

Bu, hökumət və Rabitə Nazirliyinin internet bağlantısının bərpasının başladığını və istifadəçilərin 24 saat ərzində qlobal internetə tam çıxış əldə edəcəyini bildirdiyi bir vaxta təsadüf edir.

Eyni zamanda beynəlxalq NetBlocks qurumu açıqlayıb ki, bu iddialara baxmayaraq, İran istifadəçilərinin böyük hissəsi hələ də beynəlxalq internetə çıxış əldə edə bilmir və genişmiqyaslı internet kəsintisi artıq 88-ci gününə daxil olub.

 

GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar