SON XƏBƏRLƏR

Parsabadda ilk transplantasiya əməliyyatı keçirilib

2026.05.27, 12:29
Parsabadda ilk transplantasiya əməliyyatı keçirilib

Parsabad şəhərinin Xomeyni xəstəxanasında 21 yaşlı gəncin əl transplantasiyası əməliyyatı uğurlu həyata keçirilib.

Gunaz.tv

Bu haqda şəhərin Səhiyyə və Tibb Şəbəkəsinin direktoru Cəfər Bəşiri məlumat verib.

"Bu mürəkkəb əməliyyat cərrahiyyə qrupunun, anesteziyanın və əməliyyat otağı işçilərinin səyləri ilə baş tutub",- o bildirib.

Cəfərinin sözlərinə görə, gəncin sol əlinin biləyindən tamamilə amputasiya edildikdən sonra o, xəstəxanaya köçürülüb və ixtisaslaşmış müayinələrdən sonra müalicə və cərrahi tədbirlər həyata keçirilib:

"Bu əməliyyat ortopedik mütəxəssis Dr. Şəhriyar Xoşbəxt tərəfindən xəstəxananın cərrahiyyə qrupu ilə birlikdə baş tutub və əməliyyatın yüksək həssaslığı və mürəkkəbliyi nəzərə alınmaqla, müalicə qrupu amputasiya olunmuş əzanın köçürülməsi prosesini uğurla başa çatdıra biliblər".

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar