SON XƏBƏRLƏR

İranın cənubında partlayış səsləri və raket atışları barədə məlumatlar yayılıb

2026.05.29, 06:18
İranın cənubında partlayış səsləri və raket atışları barədə məlumatlar yayılıb

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, İranın cənub bölgələrində partlayış səslərinin eşidilməsi ilə bağlı xəbərlər yayılarkən, SEPAH-a yaxın media qurumları cümə axşamı axşam saatlarında Hörmüz boğazında bəzi gəmilər istiqamətində atəş açıldığını bildirib.

“Fars” xəbər agentliyi iddia edib ki, “İran silahlı qüvvələri ölkənin cənub bölgələrindən müəyyən hədəflərə doğru raket atışı əməliyyatı həyata keçirib”.

SEPAH-a yaxın agentlik raketlərin “dəqiq hədəfi” barədə məlumat verməyib.

Bundan əvvəl sosial şəbəkələrdə Buşehr və Hörmüzqan vilayətlərinin bəzi bölgələrində partlayış səslərinin eşidildiyi barədə məlumatlar yayılmışdı.

SEPAH-a yaxın digər media qurumu olan “Tasnim” isə bu səslərin “dənizdə baş verən hərbi qarşıdurmalarla” əlaqəli olduğunu bildirib.

Agentlik Hava Hücumundan Müdafiə Qüvvələrinin Komandanlıq Mərkəzinə istinadən yazıb ki, partlayışlar “dəniz istiqamətindən gəlib və Hörmüz boğazında qaydaları pozan gəmilərə xəbərdarlıq məqsədilə aparılan atışmalarla bağlı olub”.

Bu hadisələr ABŞ ordusunun cümə axşamı səhər saatlarında İran tərəfindən buraxıldığı bildirilən beş pilotsuz uçuş aparatını vurduğunu və yeraltı əməliyyat mərkəzini hədəf aldığını açıqlamasından bir neçə saat sonra baş verib.

Digər tərəfdən, SEPAH Küveyt istiqamətində bir ballistik raket atıb. Küveyt və ABŞ rəsmilərinin məlumatına görə, raket hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar