SON XƏBƏRLƏR

İran zənginləşdirilmiş uranı Çinə göndərmək istəyir

2026.05.29, 17:30
İran zənginləşdirilmiş uranı Çinə göndərmək istəyir

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, Əl-Ərəbiyyə telekanalı məlumatlı mənbələrə istinadən bildirib ki, İran özünün zənginləşdirilmiş uran ehtiyatlarını Çinə köçürmək istəyir.

Mənbələrin sözlərinə görə, Tehran bu addıma yalnız Çinin həmin materialları ABŞ-a təhvil verməyəcəyinə zəmanət verəcəyi halda razıdır.

Hesabatda qeyd olunur ki, İranın nüvə proqramı ilə bağlı danışıqlarda müzakirə olunan bir çox məsələlər üzrə tərəflər arasında razılıq əldə edilib.

Mənbələr həmçinin bildiriblər ki, İran nüvə obyektlərinin bağlanmasının qarşısını almaq məqsədilə həmin obyektlər üzərində beynəlxalq nəzarətin həyata keçirilməsinə razılıq verib.

Bu məlumatlar İranın nüvə proqramı ilə bağlı davam edən danışıqlar fonunda yayılıb və tərəflər arasında mümkün razılaşmanın detalları ilə bağlı yeni müzakirələrə səbəb olub.

 

GünAz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar