SON XƏBƏRLƏR

Dəniz minaları Oman sularında da müşahidə olunub

2026.05.30, 23:09
Dəniz minaları Oman sularında da müşahidə olunub

Gunaz.tv

Omanın Dəniz Təhlükəsizliyi Mərkəzi dənizçilərə, balıqçılara və gəmilərə şübhəli üzən obyektin müşahidə edilməsindən sonra maksimum ehtiyatlı olmağa çağırış edib.

Gunaz.tv xəbər verir ki, mərkəzin yaydığı məlumata görə, dəniz minası olduğu ehtimal edilən obyekt Hörmüz boğazında sahil hərəkət marşrutunun qərbində, Omanın ərazi sularında aşkarlanıb.

Oman rəsmiləri minanın mümkün mənşəyi barədə məlumat vermədən dəniz istifadəçilərinə şübhəli obyektlərdən təhlükəsiz məsafə saxlamağı və belə halları dərhal aidiyyəti qurumlara bildirməyi tövsiyə ediblər.

Xəbərdarlıq ABŞ və İsrailin İrana qarşı müharibəsinin başlanmasından sonra İranın Hörmüz boğazını minalaması ilə bağlı yayılan çoxsaylı məlumatlar fonunda edilib.

Omanın ərazi sularında mina olduğu ehtimal edilən obyektin aşkarlanması bölgədə dəniz təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da artırıb və minaların beynəlxalq gəmiçilik marşrutlarına yayılması ehtimalını gündəmə gətirib.

ABŞ Prezidenti Donald Tramp isə cümə günü İranla mümkün razılaşmanın şərtlərindən birinin Hörmüz boğazındakı “bütün dəniz minalarının” yığışdırılması və bu strateji su yolunun dərhal açılması olduğunu bildirib.

Omanın son xəbərdarlığı Hörmüz boğazında təhlükəsizlik riskləri ilə bağlı narahatlıqların davam etdiyi bir vaxtda yayımlanıb.

 

GünAz TV
R.G
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar