SON XƏBƏRLƏR

Tehran rejimi məcburi hicabla bağlı təzyiqləri yenidən artırdı

2026.05.31, 11:16
Tehran rejimi məcburi hicabla bağlı təzyiqləri yenidən artırdı

Müharibədən sonra və danışıqların davam etməsindən nisbi rahatlıq hiss edən Tehran rejimi hicab və başqa şəxsi həyat tərzi ilə bağlı vətəndaşlara qarşı təzyiqləri artırıb.

Gunaz.tv

Bu haqda yerli mənbələr məlumat və videolar paylaşıblar. Hökumət mediasının da məsələ ilə bağlı yaydığı məlumatlar radikalların vətəndaşlara qarşı aqressiyalarının yenidən artdığını sübut edir.

Bu qəbildən olan təziqlərin ardınca Tehranın şimal bölgəsində məcburi hicab qaydalarının pozulduğuna görə daha bir kafenin fəaliyyəti qadağan edilib.

Tehran polisi həmin məkanın "pozqun təriqətləri" və "pis hərəkatları" təşviq etmək fəaliyyətləri ilə məşğul olduğunu iddia edib.

Bununla yanaşı Tehran və başqa bir neçə böyük şəhərdə "əxlaq polis"ləri yenidən fəallaşıb, məcburi hicab qaydalarına riayət etməyən qız və qadınlara "xəbərdarlıq" və təhdid hallarını artırıblar.

Qeyd edək ki, Məsud Pezeşkianın Prezident seçilməsindən və ölkədə etiraz aksiyalarının artmasından sonra məcburi hicab qaydaları ilə bağlı cəza tədbirləri əhəmiyyətli dərəcədə azalmışdı.

İndi isə SEPAH və ona bağlı radikal qrupların hakimiyyətin əsas qollarına nəzarəti ələ almalarndan sonra bu vəziyyət dəyişməkdə, xüsusən qadınlara qarşı məhdudiyyətlər yenidən artmaqdadır.

GünazTV  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar