SON XƏBƏRLƏR

İranda diqqətlər bu dəfə prezidentin geyiminə yönəldi

2026.05.31, 21:23
İranda diqqətlər bu dəfə prezidentin geyiminə yönəldi

İran prezidentinin polo köynəyi rəsmi iclasda müzakirə mövzusuna çevrildi.

Gunaz.tv

İran prezidenti Məsud Pezeşkianın su böhranının idarə olunmasına həsr edilmiş Dövlət-Universitet Əməkdaşlıq Şurasının ixtisaslaşmış iclasına qeyri-rəsmi geyimdə qatılması sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub.

Pezeşkian iclasa qısaqol köynəklə qatılıb və enerji sərfiyyatına qənaət etmək məqsədilə iştirakçılara kondisionerlərin temperaturunu aşağı salmaq əvəzinə pencəklərini çıxarmağı təklif edib. O da öz pencəyini çıxararaq iclası daha rahat geyimdə davam etdirib.

Bəzi müşahidəçilər bu addımı isti hava və su böhranı şəraitində elektrik və enerji istehlakına qənaət edilməsinə çağırış kimi simvolik addım kimi qiymətləndiriblər. Pezeşkianın qeyri-rəsmi geyimdə olduğu görüntülər daha əvvəl müxtəlif işgüzar səfərlərdə və qurumlara başçəkmələr zamanı da yayılmışdı. Lakin onun bu dəfə rəsmi toplantıda belə görünməsi daha çox diqqət çəkib.

Sosial şəbəkə istifadəçilərinin reaksiyaları isə fərqli olub. Bir qrup istifadəçi bunu sadə həyat tərzinin, xalqa yaxınlığın və enerji qənaətinə diqqətin göstəricisi kimi dəyərləndirərək müsbət qarşılayıb.

Digər tərəfdən, bəzi istifadəçilər bu geyim tərzinin prezident vəzifəsinə uyğun olmadığını bildirərək, ölkənin iqtisadi problemlər, su və enerji çatışmazlığı ilə üzləşdiyi bir vaxtda belə mövzuların gündəmə gətirilməsini faydasız hesab ediblər.


GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar