SON XƏBƏRLƏR

CENTCOM: SEPAH-ın PUA-ları hədəfə çatmadan vuruldu

2026.06.03, 08:36
CENTCOM: SEPAH-ın PUA-ları hədəfə çatmadan vuruldu

CENTCOM SEPAH-a məxsus PUA-ların vurulduğunu bildirib; İranın iddiaları rədd edilib.

Gunaz.tv

Bu gün çərşənbə gününün ilk saatlarından etibarən SEPAH ilə CENTCOM arasında baş verən yeni qarşıdurmada SEPAH-a məxsus pilotsuz uçuş aparatları hədəflərinə çatmadan vurulub və hücumlar bir-birinin ardınca uğursuzluqla nəticələnib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, Küveytdə yerləşən Amerika qüvvələrini hədəf almaq üçün göndərilən yeni hücum PUA-ları dalğası uğurla aşkarlanaraq məhv edilib.

Gunaz TV-nin məlumatına görə, CENTCOM sosial media platforması X-də yaydığı açıqlamada hava hücumundan müdafiə sistemlərinin bir neçə İran PUA-sını vurduğunu və Amerika hərbçiləri ilə onların avadanlıqlarına heç bir zərər dəymədiyini bildirib.

Bir neçə saat sonra CENTCOM başqa bir açıqlama yayaraq SEPAH-ın Bəhreyndə yerləşən ABŞ Beşinci Donanmasına və bir Amerika hava bazasına uğurlu hücum həyata keçirdiyi barədə iddiasını rədd edib və qeyd edib: “İranın Amerika qüvvələrinə qarşı bütün hücumları uğursuz olub.”

Bu arada SEPAH ABŞ-ın Qəşm adasında yerləşən rabitə obyektinə zərbə endirməsinə cavab olaraq bir gəmini və Amerika qüvvələri ilə əlaqəli bəzi hədəfləri vurduğunu iddia edib.

Lakin CENTCOM-un açıqlamasına əsasən, İranın həyata keçirdiyi hücumların heç biri elan olunan hədəflərə çatmayıb və bütün pilotsuz uçuş aparatları ilə digər hücum vasitələri vaxtında zərərsizləşdirilib.

 

GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar