SON XƏBƏRLƏR

Zelenski Putinə məktub göndərdi

2026.06.04, 23:11
Zelenski Putinə məktub göndərdi

Gunaz.tv

Gunaz TV-nin xəbərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı açıq məktubda müharibənin başa çatdırılması üçün üzbəüz görüş keçirməyi təklif edib.

Zelenski məktubunda bildirib ki, Ukrayna danışıqlar müddətində “tam atəşkəs” elan edilməsinə hazırdır. O, həmçinin iki ölkə arasında bütün hərbi əsirlərin dəyişdirilməsini təklif edib.

Ukrayna prezidenti vurğulayıb ki, iki ölkə lideri arasında birbaşa dialoq münaqişələrin həlli və müharibənin sona çatması üçün yeganə yol ola bilər. O əlavə edib ki, müharibənin davam etməsi Rusiya üçün ciddi siyasi nəticələr doğura bilər.

Buna cavab olaraq Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Moskva məktubun məzmunundan xəbərdardır və onu Vladimir Putinə çatdıracaq. O həmçinin qeyd edib ki, Zelenski Putinə görüşmək üçün “istənilən vaxt” Moskvaya gələ bilər.

Bu hadisələr Rusiya və Ukrayna arasında sülh danışıqlarının aylardır dayanmış vəziyyətdə olduğu və Ukraynanın Rusiyanın dərinliklərindəki hədəflərə pilotsuz uçuş aparatları ilə hücumlarını artırdığı bir vaxta təsadüf edir.

 

GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar