SON XƏBƏRLƏR

Araz Əmani Nadarli Təbriz Mərkəzi Həbsxanasına köçürülüb

2026.06.05, 12:46
Araz Əmani Nadarli Təbriz Mərkəzi Həbsxanasına köçürülüb

Azərbaycan milli fəalı Araz Əmani Nadarli son günlərdə çıxarılan hökmün icrası və cəza müddətini çəkmək üçün özünü məhkəmə orqanlarına təslim edib və Təbriz Mərkəzi Həbsxanasına köçürülüb.

Gunaz.tv

Fəal və “Mişo Qartalları” adlı Azərbaycan rəqs qrupunun rəhbəri olan Əmani Nadarli daha əvvəl 20 may 2023-cü ildə İranın Kəşfiyyat Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmışdı. O, 24 gün saxlanılma və dindirilmədən sonra 1 milyard tümən girov müqabilində müvəqqəti olaraq azadlığa buraxılmışdı.

İran məhkəmə sistemi ona qarşı “sistem əleyhinə təbliğat fəaliyyəti” ittihamı irəli sürüb.

Hökmün qüvvəyə minməsindən sonra Əmani Nadarli cəza icrası üçün özünü Təbriz həbsxanasına təqdim edib və hazırda həbs cəzasını çəkməkdədir.

 

Ş.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar