SON XƏBƏRLƏR

Abbas Lisani və Yusif Kari ədaltsiz məhkəmədə iştirak etməkdən bir daha imtina ediblər

2026.06.07, 10:25
Abbas Lisani və Yusif Kari ədaltsiz məhkəmədə iştirak etməkdən bir daha imtina ediblər

Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsindən daxil olan çağırışdan sonra Evin həbsxanasının məsulları Evin həbsxanasının 7-ci bölməsinin karantin hissəsində saxlanılan Azərbaycan Milli Hərəkatının fəalları Abbas Lisani və Yusif Karının məhkəmə iclasına aparılması üçün tədbir görüblər. Lakin hər iki siyasi məhbus bir daha məhkəmədə iştirak etməkdən imtina edərək, «göstəriş xarakterli, qapalı və ədalətli məhkəmə prinsiplərinə cavab verməyən məhkəmələrdə» iştirak etməyəcəklərini bildiriblər.

Gunaz.tv

Məlumata görə, Lisani və Kari məhkəməyə getməkdən imtina etdikdən sonra həbsxana rəhbərliyi onların saxlanıldığı yerə gələrək məhkəmədə iştirak etmələri üçün razılıqlarını almağa çalışıb. Ancaq hər iki azərbaycanlı fəal ədalətli məhkəmə prinsiplərinə zidd hesab etdikləri bir prosesdə iştirak etməyəcəklərini vurğulayıblar.

Bunun ardınca həbsxana rəhbərliyi onların məhkəməyə aparılmaqdan imtina etməsi ilə bağlı protokol tərtib edib, lakin Abbas Lisani və Yusif Karı həmin protokolu imzalamaqdan da imtina ediblər.

Bundan əvvəl, 30 may 2026-cı ildə Azərbaycan Milli Hərəkatının dörd fəalı – Abbas Lisani, Əli Xeyircu, Yusif Kari və Behzad Dəşti barəsində işə Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsində baxılmışdı. Həmin iclasda da Abbas Lisani, Yusif Kari və Əli Xeyircu məhkəmədə iştirak etməkdən imtina etmişdilər. Abbas Lisani və Yusif Kari ailələri ilə ayrı-ayrı telefon əlaqələrində «əvvəlcədən hazırlanmış və tamaşa xarakterli prosesdə» iştirak etməyəcəklərini bildirmişdilər.

Xatırladaq ki, Azərbaycan milli hərəkatının 4 fəalı Abbas Lisani, Əli Xeyircu, Yusif Kari və Behzad Dəşti 11 noyabr 2025-ci ildə Evin həbsxanasının qarşısında həbs edilmişdilər.

Abbas Lisani və Yusif Karı həbs olunduqları gündən etibarən istintaq və məhkəmə prosesində iştirak etməmək mövqelərində israr edərək bildiriblər ki, açıq, müstəqil və ədalətli məhkəmə prinsiplərinə uyğun bir məhkəmə təmin olunmayana qədər məhkəmə iclaslarında iştirak etməyəcəklər.

 

Ş.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar