SON XƏBƏRLƏR

Tramp: İran ABŞ-ın Apache helikopterini vurub; cavab verəcəyik

2026.06.09, 19:10
Tramp: İran ABŞ-ın Apache helikopterini vurub; cavab verəcəyik

Vaşinqton Apache helikopterinin vurulmasına cavab verəcək.

Gunaz.tv

ABŞ prezidenti İranın Hörmüz boğazı yaxınlığında ABŞ ordusuna məxsus qabaqcıl Apache helikopterini vurduğunu açıqlayıb.

Gunaz TV-nin məlumatına görə, Donald Tramp “Truth Social” sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib ki, helikopter Hörmüz boğazı üzərində patrul uçuşu həyata keçirərkən hədəfə alınıb. O qeyd edib ki, helikopterin iki pilotu sağdır və xəsarət almayıb.

Tramp hadisə ilə bağlı yazıb:

“Böyük Ordumuz tərəfindən mənə məlumat verildi ki, ötən gecə iranlılar Hörmüz boğazı üzərində patrul xidməti aparan yüksək texnologiyalı Apache helikopterlərimizdən birini vurublar. Helikopterdə iki pilot var idi və onların hər ikisi sağdır, xəsarət almayıblar. Bununla belə, ABŞ bu hücuma cavab verməyə məcburdur. Bu məsələyə diqqət göstərdiyiniz üçün təşəkkür edirəm.

Prezident Donald J. Tramp”

Eyni zamanda ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, Apache helikopteri bazar ertəsi axşam Oman sahilləri yaxınlığında qəzaya uğrayıb və iki ekipaj üzvü təxminən iki saat sonra xilas edilib. CENTCOM ekipajın sağlamlıq vəziyyətinin sabit olduğunu açıqlayıb.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar