SON XƏBƏRLƏR

İtki olmadığını iddia edən İran ölən hərbçiləri təsdiqləməyə məcbur qaldı

2026.06.09, 19:40
İtki olmadığını iddia edən İran ölən hərbçiləri təsdiqləməyə məcbur qaldı

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, “Tasnim” xəbər agentliyi bazar ertəsi İsrailin hücumları zamanı həlak olan İran Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələrinin iki üzvünün dəfn mərasimi barədə məlumat yayıb.

Məlumata əsasən, “Bəhmən Hüseyni” və “Əlirza Əbiri” Ordunun hava hücumundan müdafiə qüvvələrinin üzvləri olublar və Tehranda “xidməti vəzifələrini yerinə yetirərkən” həlak olublar.

“Tasnim” bu iki hərbçinin öldüyünü təsdiqlədiyi halda, İran adətən İsrail və ya ABŞ hücumları zamanı ölən hərbçiləri barədə məlumat vermir və bu itkilərlə bağlı informasiyanı məhdud şəkildə və ya gecikdirilmiş formada açıqlayır.

Bu, Tehran Vilayət Təcili Yardım İdarəsinin rəisinin bazar ertəsi İsrailin hücumları nəticəsində heç kimin xəsarət almadığını bildirməsindən sonra baş verir. Ordunun hava hücumundan müdafiə qüvvələrinin iki üzvünün öldüyünün açıqlanması İranın bu hücumların nəticələri ilə bağlı rəsmi açıqlamalarındakı ziddiyyətləri bir daha gündəmə gətirib.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar