SON XƏBƏRLƏR

ABŞ : İranın artıq Hörmüz boğazına nəzarəti yoxdur

2026.06.11, 22:32
ABŞ : İranın artıq Hörmüz boğazına nəzarəti yoxdur

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazının gəmilərin keçidi üçün açıq olduğunu və İranın bu strateji su yoluna nəzarət etmədiyini açıqlayıb.

CENTCOM iyunun 11-də X sosial şəbəkəsində paylaşdığı məlumatda bildirib: “Hörmüz boğazı keçid üçün açıqdır.”

Komandanlıq həmçinin qeyd edib: “Hörmüz boğazından keçən ticarət gəmiləri üçün təhlükəsiz marşrutlar yaradılıb.”

CENTCOM əlavə edib: “Bu marşrutlar İrana qarşı tətbiq olunan blokadanı pozmayan bütün gəmilər üçün əlçatandır.”

ABŞ Mərkəzi Komandanlığı son iki ay ərzində yüzlərlə gəminin bu marşrutdan keçdiyini açıqlayıb və vurğulayıb: “ABŞ qüvvələri İranın mümkün hücum xarakterli addımlarına qarşı müdafiə üçün tam hazırlıq vəziyyətindədir.”

CENTCOM həmçinin bəyan edib: “İranın Hörmüz boğazına nəzarəti yoxdur.”

İran və Oman arasında yerləşən Hörmüz boğazı dünyanın ən mühüm enerji keçidlərindən biri hesab olunur. Qlobal neft və qaz ixracının təxminən 20 faizi bu su yolundan həyata keçirilir.

İranın ABŞ-ın dəniz blokadası ilə üzləşdiyi bir vaxtda ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonun hərbi dəstəyi ilə indiyədək Hörmüz boğazından 100 milyondan çox barel neft daşınıb.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar