SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda elektrik çatışmazlığı- 208 idarə işıqsız qaldı

2026.06.12, 11:26
Qərbi Azərbaycanda elektrik çatışmazlığı- 208 idarə işıqsız qaldı

İranda elektrik çatışmazlığı böhranının yenidən başlaması ilə eyni vaxtda Qərbi Azərbaycan əyalətində 208 idarəyə elektrik enerjisinin verilişi dayandırılıb.

Gunaz.tv

Bu barədə yerli media məlumat yayıb.

Buna səbəb kimi sitehlak qaydalarına əməl edilməməsi və elektrik enerjisindən istifadədə israfçılığa yol verilməsi göstərilib.

Bundan əvvəl İran Ticarət Palatasının Enerji Komissiyasının rəhbəri Arəş Nəcəfi 
iyun ayının ikinci yarısından sonra ölkədə elektrik enerjisinin verilişində kəsintilər yenidən başlayacağını bildirmişdi.

O, bu il təxminən 12.000 meqavat elektrik enerjisi çatışmazlığı olacağını proqnozlaşdırdıqlarını qeyd edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar