SON XƏBƏRLƏR

İranda silahlı qruplaşma üzvləri həbs edilib

2026.06.16, 13:59
İranda silahlı qruplaşma üzvləri həbs edilib

Sistan və Bəlucistan əyalətinin Kənarək və Çabahar şəhərlərində dörd silahlı şəxs həbs edilib.

Gunaz.tv

Bu barədə İran Kəşfiyyat Nazirliyi məlumat yayıb.

"Saxlanılanlar mülki infrastruktur və xidmət mərkəzlərinə qarşı hər hansı əməliyyat keçirilməzdən əvvəl həbs ediliblər",- məlumatda deyilir.

Həmin şəxslərin gizləndikləri yerdən 9 ədəd klaşnikov və 2 min ədəd mərminin aşkar edilərək götürüldüyü bildirilib.

Saxlanılanların kimliyi və hansı qruplaşmaya bağlı olduqları barədə açıqlama verilməyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar