SON XƏBƏRLƏR

Xark adası 40 günlük müharibədə 548 raketlə hədəfə alınıb

2026.06.16, 23:38
Xark adası 40 günlük müharibədə 548 raketlə hədəfə alınıb

Gunaz.tv

Xark xüsusi bölmə rəsmisi bildirib ki, ABŞ və İsrail ilə İran arasında baş verdiyi iddia olunan 40 günlük müharibə zamanı bu adaya 548 raket düşüb.

Gunaz TV-nin məlumatına görə, Xark adasının xüsusi bölmə rəhbəri Nəgdəhar Hüseynpur bu açıqlamanı çərşənbə axşamı 26 xordad (16 iyun) tarixində prezident Məsud Pezeşkian və digər İran rəsmilərinin iştirakı ilə keçirilən “Hökumətlərin gücləndirilmiş idarəçiliyi” adlı konfransda səsləndirib.

İSNA xəbər agentliyinin məlumatına əsasən, o bildirib ki, ən şiddətli hücumlardan biri 26 esfənd (17 mart) günü baş verib və həmin gün adaya 50 zərbə qeydə alınıb. Həmçinin iki gün ərzində ardıcıl olaraq 6 sərnişin gəmisinin vurulduğu, məqsədin adanın materiklə əlaqəsini kəsmək olduğu qeyd edilib.

Xark xüsusi bölmə rəsmisi iddia edib ki, bu hücumlara baxmayaraq, ölkənin neft ixracının 90 faizindən çoxu bu adadan “heç bir fasilə olmadan” davam edib və ada ilə materik arasındakı əlaqə heç vaxt kəsilməyib.

Xark adası İranın neft sənayesində strateji əhəmiyyətə malik məntəqələrdən biri hesab olunur. Buradakı infrastruktur ölkənin neft ixracında əsas rol oynayır və illərdir xarici təhdidlər və siyasi bəyanatların mərkəzində yer alır.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar