SON XƏBƏRLƏR

İranda edam edilənlərin son sayı açıqlandı

2026.06.17, 10:39
İranda edam edilənlərin son sayı açıqlandı

2026-cı ilin başlamasından iyunun 15-ə kimi İran həbsxanalarında 746 məhbus edam edilib.

Gunaz.tv

Bu barədə mərkəzi ofisi Norveçdə yerləşən bu barədə Əbdülrəhman Burumənd İnsan Hüquqları Fondu məlumat yayıb.

Edam edilənlərdən 45-nin siyasi məhbus və yanvar etirazlarında iştirak etdiklərinə görə saxlanılanlar olub.

İki gün əvvəl BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk İranda xüsusən siyasi məhbusların edam sayının arması barədə xəbərdarlıq edib.

O, BMT-nin İnsan Hüquqları Şurasına İran xalqının müharibə və şiddətli repressiyalar arasında qaldığını bildirib və son aylarda təhlükəsizlik və siyasi təzyiqlərin artması ilə bağlı narahatlığını bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar