SON XƏBƏRLƏR

Güney Azərbaycanlı vəkil Məcíd Pejumanın cəsədi aşkar edilib

2026.06.17, 13:32
Güney Azərbaycanlı vəkil Məcíd Pejumanın cəsədi aşkar edilib

Həsənlu bəndi ətrafında Sulduz rayonundan olan vəkil Məcíd Pejumanın cəsədi aşkar edilib.

Gunaz.tv

İlkin araşdırmalar göstərir ki, vəkil ov tüfəngindən açılan atəş nəticəsində həyatını itirib və hadisənin detalları ilə bağlı polis istintaqı davam etdirilir.

Bu hadisə ilə bağlı Qərbi Azərbaycan Ədliyyə İdarəsinin başçısı Nəsir Ətəbati cinayətin törədicisinin və ya törədicilərinin müəyyən edilərək həbs olunması barədə göstəriş verib.

“Mehr” agentliyinin məlumatına görə, mərhum vəkillik təcrübəçisiydi və təxminən üç ay əvvəl təcrübə müddətini bitirərək vəkillik fəaliyyətinə başlamışdı. O, şəhər xaricində, naməlum şəxs və ya şəxslər tərəfindən odlu silahla öldürülüb.

 

Ş.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar