SON XƏBƏRLƏR

Pakistanın baş naziri İsveçrəyə getmir

2026.06.18, 20:30
Pakistanın baş naziri İsveçrəyə getmir

Pakistanın baş nazirinin İsveçrəyə səfəri ləğv edilib.

Gunaz.tv

Pakistanın baş naziri İran–ABŞ razılaşmasının imzalanma mərasimində iştirak etməyəcək.


Gunaz.tv-nin məlumatına görə, Pakistan rəsmiləri Şahbaz Şərifin İran və ABŞ arasında memorandumun imzalanma mərasimində iştirak etmək üçün İsveçrəyə planlaşdırılan səfərinin təxirə salındığını açıqlayıblar.

Pakistan baş nazirinin sözçüsü bildirib ki, bu qərarın səbəbi İran və ABŞ arasında memorandumun artıq elektron şəkildə imzalanması və hazırda icra mərhələsinə keçməsidir.

O əlavə edib ki, Pakistan tərəflər arasında aparılacaq növbəti texniki danışıqlar və müzakirələrə dəstəyini davam etdirəcək.

Bundan əvvəl Şahbaz Şərifin İran və ABŞ arasında müharibənin başa çatdırılmasına dair memorandumun rəsmi imzalanma mərasimində iştirak etmək üçün İsveçrəyə gedəcəyi açıqlanmışdı.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar