SON XƏBƏRLƏR

İran İsveçrəyə səfərini ləğv etdi

2026.06.19, 00:18
İran İsveçrəyə səfərini ləğv etdi

Tehran ABŞ ilə danışıqların başlamasını müvəqqəti dayandırdı.

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, “Əl-Məyadin” telekanalı etibarlı mənbəyə istinadən xəbər verib ki, İranın danışıqlar aparan heyəti İsrailin Livanın cənubuna davam edən hücumları səbəbindən ABŞ ilə 60 günlük danışıqların ilk raundunun keçirilməsi üçün İsveçrəyə planlaşdırılan səfərini təxirə salıb.

Məlumata əsasən, Tehran daha əvvəl ABŞ və vasitəçilərə Livan məsələsinin danışıqların davamı və ya dayandırılmasında “mərkəzi rol” oynadığını bildirib və İsrail hücumlarının dayandırılmasını tələb edib.

“Əl-Məyadin” həmçinin iddia edir ki, İsrailin Livan ərazisinin 10 kilometr dərinliyinə qədər hücumları İran tərəfindən razılaşma və çərçivə sazişinin pozulması kimi qiymətləndirilib.

Rəsmi Tehran və Vaşinqton tərəfindən hələlik bu səfərin təxirə salınması ilə bağlı heç bir açıqlama verilməyib.

 


GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar