SON XƏBƏRLƏR

Xamenei: Pezeşkian mənə zəmanət verib

2026.06.19, 09:43
Xamenei: Pezeşkian mənə zəmanət verib

İranın ali rəhbəri Müctəba Xamenei ABŞ ilə imzalanan memorandumla bağlı xalqa müraciət edib.

Gunaz.tv

Xamenei bu barədə X sosial şəbəkə hesabında yazıb.

"Prezidentin (Milli Təhlükəsizlik Ali Şurasının sədri kimi) İran xalqının və "Müqavimət Cəbhəsi"nin hüquqlarını qoruyacağına dair şəxsən zəmanət verməsi və məsuliyyəti öz üzərinə götürməsi səbəbindən bu müqaviləyə icazə verilib.

Əgər ABŞ tərəfi gələcəkdə qeyri-rəsmi və həddindən artıq tələblər irəli sürərsə, İran buna boyun əyməyəcək və gələcək danışıqlar düşmənin ideyasını qəbul etmək mənasına gəlmir",- deyə İranın ali rəhbəri öz müraciətində bildirib.

Qeyd edək ki, ABŞ ilə İran arasında anlaşma memorandumunu hər iki ölkənin prezidenti elektron qaydada imzalayıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar