SON XƏBƏRLƏR

Tramp Türkiyəyə səfər edəcəyini açıqladı

2026.06.19, 22:30
Tramp Türkiyəyə səfər edəcəyini açıqladı

ABŞ prezidenti Türkiyəni gələcək xarici səfərləri siyahısına daxil edib.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp 2026-cı ildə həyata keçirəcəyi xarici səfərlər arasında Türkiyənin də yer aldığını açıqlayıb.

Tramp cümə günü Qətərin hədiyyə etdiyi və “Air Force One” donanmasına daxil edilən “Boeing 747” təyyarəsinin təqdimatı zamanı Ağ Evin qarşıdakı diplomatik proqramlarından danışarkən bildirib ki, Çinlə yanaşı Türkiyəyə də səfər edəcək.

O, həmçinin Çin Prezidenti Si Cinpinin sentyabr ayında Vaşinqtona səfər edəcəyini, özünün isə mühüm bir toplantıda iştirak etmək üçün Çinə gedəcəyini açıqlayıb.

Tramp Türkiyəyə səfərinin vaxtı və məqsədi barədə əlavə məlumat verməyib. Bununla belə, o, bu səfəri ABŞ administrasiyasının gələn il üçün nəzərdə tutduğu intensiv diplomatik proqramın bir hissəsi kimi təqdim edib.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar