SON XƏBƏRLƏR

İranda Dollar yenidən yüksəlişə keçdi

2026.06.20, 14:14
İranda Dollar yenidən yüksəlişə keçdi

İranda Dollar yenidən 162 min tümən həddinə yüksəldi; bazarda artım dalğası qayıtdı.

Gunaz.tv

ABŞ dollarının bahalaşması əhalinin üzərində iqtisadi təzyiqləri daha da artırır.

Gunaz TV-nin məlumatına görə, İranın sərbəst bazarında dollar və digər xarici valyutaların qiyməti bir neçə günlük enişdən sonra yenidən artmağa başlayıb.

Şənbə günü, ABŞ dollarının məzənnəsi sərbəst bazarda 162 min 500 tümənə çatıb. Avronun qiyməti isə həmin gün 186 min 400 tümən olaraq qeydə alınıb.

Bu, valyuta bazarında son eniş dalğası zamanı dolların təxminən 153 min tümənə qədər geriləməsindən sonra baş verib. Həmin günlərdə qızıl sikkənin qiyməti də 160 milyon tümən səviyyəsində idi.

“Həm-Mihan” qəzeti şənbə günü İmami sikkəsinin qiymətini 169 milyon tümən olaraq açıqlayıb. Bu isə qızıl və valyuta bazarında yenidən bahalaşma tendensiyasının gücləndiyini göstərir.

İran və ABŞ arasında müharibənin dayandırılması istiqamətində əldə olunan anlaşmanın elanından sonra İranın sərbəst bazarında valyuta və qızıl qiymətlərində nəzərəçarpacaq azalma müşahidə olunmuşdu. Lakin son günlər qiymətlərin yenidən yüksəlməsi iqtisadi qeyri-sabitlik və əhalinin yaşayış yükünün daha da ağırlaşacağı ilə bağlı narahatlıqları artırıb.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar