SON XƏBƏRLƏR

Maariv: Həsən Nəsrullah penthausda yaşayırmış

2026.06.20, 21:51
Maariv: Həsən Nəsrullah penthausda yaşayırmış

Şəkil: Hizbullahın lideri Həsən Nəsrullahın Beyrutun cənubunda öldürüldüyü məkan.

Gunaz.tv

Yeni hesabat Hizbullahın illərlə yaratdığı təbliğat narrativlərini sual altına alır. Nəsrullahın gizli həyatı üzə çıxdı.

Gunaz TV-nin məlumatına görə, İsrailin “Maariv” qəzeti bir israilli kəşfiyyat zabitinə istinadən Hizbullahın öldürülmüş lideri Həsən Nəsrullahın həyatı ilə bağlı yeni detalları yayıb.

Hesabatda bildirilir ki, Nəsrullahın daim yeraltı sığınacaqlarda yaşadığına dair illərlə yayılan təsəvvürün əksinə olaraq, o, vaxtının böyük hissəsini Beyrutun cənubundakı Dahiyə bölgəsinə nəzarət edən binanın səkkizinci mərtəbəsində yerləşən penthausda keçirirmiş.

İsrail Hərbi Hava Qüvvələrinin hədəf bankının toplanmasına cavabdeh şəxs kimi təqdim edilən polkovnik “Sin” bildirib ki, İsrail qüvvələri Nəsrullahın müxtəlif yaşayış yerləri, hərəkət marşrutları və ehtimal olunan gizlənmə məkanları barədə tam məlumata malik olub.

O həmçinin deyib ki, İsrail Nəsrullahın yerləşə biləcəyi bütün məkanlar üçün ayrı-ayrı əməliyyat planları hazırlamışdı və onun gizləndiyi yer əməliyyatların həyata keçirilməsinə maneə yaratmırdı.

Həsən Nəsrullah24 sentyabr 2024 də Beyrutun cənubundakı Dahiyə bölgəsində yerləşən sığınacağa endirilən İsrail hava zərbəsi nəticəsində öldürülüb. İki həftə sonra onun varisi Haşim Səfiyyəddin də (Qasım Süleymaninin qızı Zeynəbin qayınatası) oxşar əməliyyat nəticəsində öldürülüb.

Maarivin hesabatı Hizbullahın illərlə apardığı təbliğat ilə təşkilat rəhbərlərinin ölümündən sonra ortaya çıxan məlumatlar arasındakı fərqləri bir daha gündəmə gətirib.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar