SON XƏBƏRLƏR

Pakistan Xarici İşlər Nazirliyindən İsveçrədəki danışıqlarla bağlı bəyanat

2026.06.21, 07:34
Pakistan Xarici İşlər Nazirliyindən İsveçrədəki danışıqlarla bağlı bəyanat

Pakistanın baş naziri “İslamabad Anlaşması”nın icrası ilə bağlı danışıqlar üçün İsveçrəyə yollanıb.

Gunaz.tv

İran və ABŞ arasında əldə olunan anlaşmanın icrası üzrə danışıqlar İsveçrədə başlayır.

Gunaz TV-nin məlumatına görə, Pakistan Xarici İşlər Nazirliyi bildirib ki, ölkənin Baş naziri Məhəmməd Şahbaz Şərif Pakistan Ordusunun komandanı Asim Munirlə birlikdə “İslamabad Anlaşması”nın icrasına dair yüksək səviyyəli danışıqlarda iştirak etmək üçün İsveçrənin Bürgenştok bölgəsinə yola düşüb.

Pakistan Xarici İşlər Nazirliyinin bəyanatına əsasən, bu görüşdə İran, ABŞ və Qətərin yüksək səviyyəli nümayəndə heyətləri də iştirak edəcəklər. Danışıqlar 17 iyun 2026-cı ildə imzalanmış “İslamabad Anlaşması”ndan sonra keçirilən ilk rəsmi görüş hesab olunur.

Pakistan Xarici İşlər Nazirliyi vurğulayıb ki, İslamabad İran və ABŞ arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsinə dəstəyini davam etdirəcək.

Bununla yanaşı, Şahbaz Şərifin görüş çərçivəsində İran, ABŞ, Qətər və İsveçrə nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.

Bəyanatda qeyd olunub ki, Pakistanın vasitəçilik rolu Tehran və Vaşinqton arasında böhran və danışıqlar prosesində bu ölkənin “balanslı, prinsipial və konstruktiv” siyasətinin davamıdır.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar