SON XƏBƏRLƏR

Pakistan: İranın nüvə ehtiyatları hələ də yeraltı obyektlərdə saxlanılır

2026.06.21, 19:33
Pakistan: İranın nüvə ehtiyatları hələ də yeraltı obyektlərdə saxlanılır

Pakistan İranla ABŞ arasında yekun razılaşmanın əldə olunacağına ümid edir.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Pakistanın xarici işlər naziri İshaq Dar Əl-Ərəbiyyə telekanalına müsahibəsində bildirib ki, İranın nüvə ehtiyatları hələ də yeraltı obyektlərdə saxlanılır.

O qeyd edib ki, İran uranın zənginləşdirilməsi səviyyəsini azaltmağa razılıq verib və davam edən ABŞ–İran danışıqlarının yekun razılaşma ilə nəticələnəcəyinə inandığını bildirib.

Pakistanlı nazirin sözlərinə görə, İsveçrənin Burgenştok şəhərində keçirilən danışıqlarda üç texniki qrup fəaliyyət göstərir. Bu qruplar İranın nüvə proqramı, dondurulmuş maliyyə vəsaitləri və Livan məsələsini müzakirə edirlər.

İshaq Dar həmçinin vurğulayıb ki, Pakistan tərəflər arasında əldə olunan razılaşmaların həyata keçirilməsini dəstəkləməyə davam edəcək.

 


GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar