SON XƏBƏRLƏR

İran mediası: İsveçrədəki danışıqlar dayandırılıb

2026.06.21, 21:41
İran mediası: İsveçrədəki danışıqlar dayandırılıb

Gunaz.tv

ABŞ Prezidenti Donald Trampın təhdid xarakterli açıqlamalarından sonra İran mediası İsveçrədə davam edən danışıqların dayandırıldığını iddia edib.

Gunaz TV-nin məlumatına görə, SEPAH-a yaxın olan Fars və Tasnim agentlikləri İran nümayəndə heyətinin Trampın son bəyanatlarına etiraz olaraq ABŞ-la danışıqları dayandırdığını yazıblar.

Tramp danışıqların başlanğıcı ilə eyni vaxtda bildirib ki, əgər İran Hizbullahın Livanda hücumlarını dayandırmasına nail ola bilməsə, ABŞ İrana qarşı hərbi əməliyyatları yenidən başlada bilər.

İran nümayəndə heyətinin rəhbəri Məhəmmədbaqir Qalibaf da açıqlamasında İran silahlı qüvvələrinin mümkün cavaba hazır olduğunu deyib.

Tramp eyni zamanda Fox News-a müsahibəsində razılaşma əldə olunmasa, ABŞ-ın Hörmüz boğazına nəzarəti ələ ala biləcəyini və oradan keçən gəmilərdən rüsum tələb edə biləcəyini bildirib.

O, İran rəsmilərinə xəbərdarlıq edərək deyib: “Əgər Hörmüz boğazını bağlasanız, artıq ölkəniz qalmayacaq və hətta geri qayıda bilməyəcəksiniz.”

Bütün bunlara baxmayaraq, İran və ABŞ arasında Pakistan və Qətərin vasitəçiliyi ilə İsveçrədə aparılan danışıqların gələcəyi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.


GünAzTV
R.G

ABŞ Prezidenti İranı güclü zərbə endirməklə hədələyib

2026.06.21, 20:42

ABŞ Prezidenti İranı güclü zərbə endirməklə hədələyib

 

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar