SON XƏBƏRLƏR

Bir neçə məsələ üzrə razılıq əldə olunub- Əraqçı

2026.06.22, 09:23
Bir neçə məsələ üzrə razılıq əldə olunub- Əraqçı

İsveçrənin Bürgenştok şəhərində keçirilən müzakirələr zamanı Qətər və Pakistanın vasitəçiliyi sayəsində bir sıra mühüm məsələlər üzrə razılıq əldə olunub.

Gunaz.tv

Bu barədə İranın xarici işlər naziri Abbas Arakçı X hesabında paylaşım edib.

“Pakistan və Qətərin yorulmaz vasitəçilik səyləri nəticəsində Livandakı müharibənin dayandırılması istiqamətində ciddi irəliləyiş əldə olunub. Neft və neft-kimya məhsullarının ixracına tətbiq edilən rüsumlar ləğv edilib, blokada aradan qaldırılıb, dondurulmuş aktivlərin bir hissəsi açılıb, həmçinin İranın bərpası və inkişafı üzrə genişmiqyaslı proqram işə salınıb”, - nazir vurğulayıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar