SON XƏBƏRLƏR

Urmu gölünün son vəziyyəti

2026.06.23, 12:19
Urmu gölünün son vəziyyəti

Cari yağıntılardan sonra Urmu (Urmiya) gölündə suyun həcmi artaraq 4 milyard 800 milyon kubmetrə çatıb.

Gunaz.tv

 Bunu Şərqi Azərbaycan əyaləti Ətraf Mühitin Mühafizəsi İdarəsinin başçısı Məhəmmədhüseyn Həsənzadə deyib.

Onun sözlərinə görə, gölün sahəsi də artaraq 3100 kvadrat kilometr olub.

Həsənzadə yay aylarında göldə olan su miqdarının təxminən 2 milyard kubmetrinin buxarlanacağını bildirib.
 
Qeyd edək ki, Urmu gölünün maksimum tutumu 32, orta tutumu isə 15 milyard kibmetdir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar