SON XƏBƏRLƏR

İranlı qadınların hüquqlarına görə Melaniya Trampa müraciət edildi

2026.06.26, 09:43
İranlı qadınların hüquqlarına görə Melaniya Trampa müraciət edildi

ABŞ administrasiyası nüvə danışıqlarına və enerji siyasətinə diqqət yetirdiyi bir vaxtda İranda insan haqlarının pozulmasına, xüsusən də qadınlara qarşı pozuntulara daha çox diqqət yetirməyinizi xahiş edirik.

Gunaz.tv

Bu haqda Demokratiyaların Müdafiəsi Fondunun ABŞ-ın birinci xanımı Melaniya Trampa ünvanladığı məktubda deyilib. 

“İranın hazırkı İslam inqilabçıları sələflərindən heç də az radikal deyillər. Onlar nə yeni bir fəsil açmaq istəyirlər, nə də ölkələrinə kömək etmək niyyətindədirlər. Onlar Xomeyninin davamçılarıdır; yəni İslamın üstünlüyünü geniş miqyasda bərpa etmək üçün öldürməyə və öldürülməyə can atırlar”,- məktubda bildirilib.

Demokratiyaların Müdafiəsi Fondunun təsisçisi Klifford Mey məktubda Melaniya Trampı realist baxışlarını açıq şəkildə ətrafındakılara da çatdırmağa çağırıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar