SON XƏBƏRLƏR

İsrailin müdafiə naziri İsmayıl Qaaniyə cavab verib

2026.06.26, 17:46
İsrailin müdafiə naziri İsmayıl Qaaniyə cavab verib

İran İsrailə hücum etsə, bu, onun indiyə qədər etdiyi ən böyük səhv olacaq.

Gunaz.tv

Bunu İsrailin müdafiə naziri İsrael Katz “X” hesabında SEPAH-ın Qüds qüvvələrinin komandanı İsmayıl Qaaniyə fars dilində yazdığı cavabında bildirib.

“İranın Qüds qüvvələrinin komandanı Qaani son vaxtlar İsrailə qarşı çoxsaylı təhdidlər səsləndirir. Onun “casus” olması obrazı bu gülünc təhdid yağdırmalarından daha çox yaraşırdı.

Hər halda əgər İran İsrailə hücum etsə, bu, onun indiyə qədər etdiyi ən böyük səhv olacaq. Burada nə Hörmüz boğazı, nə də mülki əhaliyə atəş açmaq ona kömək edəcək. Heç nə bizi dayandıra bilməz. Bizim qüvvələrimiz işi bitirməyə hazırdır”, - Katz vurğulayıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar