SON XƏBƏRLƏR

Şərqi Azərbaycan məhkəməsi daha bir fəalı cəzalandırdı

2026.06.27, 10:23
Şərqi Azərbaycan məhkəməsi daha bir fəalı cəzalandırdı

Şərqi Azərbaycan əyalətinin Cinayət Məhkəməsi Əli Amanzadəni elektron qandal vasitəsilə 1 il müddətinə hərəkət azadlığının məhdudlaşdırılmasına məhkum edib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, o, "insanları müharibəyə və bir-birini öldürmҝнҝ təhrik etmək "də ittiham olunub.

Qərara əsasən, məhkəmə Şərqi Azərbaycan Baş Kəşfiyyat İdarəsinin hesabatına, təqsirləndirilən şəxsin ifadələrinə və işdəki digər sənədlərə istinad edərək, ittiham aktındakı "sistemə qarşı təbliğat fəaliyyəti" ittihamını "insanları müharibəyə və öldürməyə təhrik etmək" ilə dəyişdirib və İslam Cinayət Məcəlləsinin 512-ci maddəsinə uyğun olaraq onu bir il həbs cəzasına məhkum edib.

Bu işin digər hissəsində məhkəmə kifayət qədər dəlil olmadığı üçün "milli təhlükəsizliyə qarşı cinayət törətmək üçün toplaşmaq və əlbir olmaq" ittihamını etibarlı hesab etməib və təqsirsizlik prinsipinə istinad edərək təqsirləndirilən şəxsə bəraət hökmü çıxarıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar