SON XƏBƏRLƏR

Əhərdə milli fəal həbs edilib

2026.06.27, 19:23
Əhərdə milli fəal həbs edilib

İran Kəşfiyyat Nazirliyinin yerli əməkdaşları Şərqi Azərbaycan əyalətinin Əhər şəhərində milli fəal Calal Drogəri həbs ediblər.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Onun həbsi əhərli milli fəal Saleh Molla Abbasinin üç mərasimindən bir gün sonra baş verib.

Calal Drogərin saxlanılma səbəbi və ittihamları barədə məlumat verilməsə də, onun Molla Abbasinin dəfn mərasimində təşkilatçılıq etdiyinə görə cəzalandırıldığı ehtimal olunur.

C.Drogər bundan əvvəl də dinc mədəni fəaliyyətlərinə görə həbs edilib.

Onun harada saxlanldığı barədə məlumat verilmir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar