SON XƏBƏRLƏR

İran mundialla vidalaşdı

2026.06.28, 11:03
İran mundialla vidalaşdı

İran millisi DÇ-2026-da mübarizəni dayandırıb.

Gunaz.tv

Buna J qrupunda keçirilən Əlcəzair - Avstriya matçının heç-heçə başa çatması səbəb olub.

Qarşılaşmanın son dəqiqələri İran komandası üçün dramatik alınıb. Əlcəzair 90+3-cü dəqiqədə hesabı 3:2 edib. Bu nəticə İranı 1/16 finala daşıyırdı. Ancaq Avstriya 90+6-cı dəqiqədə bərabərlik qolunu vuraraq hesabı 3:3 edib.

Bu nəticədən sonra həm Əlcəzair, həm də Avstriya növbəti mərhələyə yüksəlib. İran isə ən yaxşı üçüncülər sırasında yer ala bilməyib və dünya çempionatı ilə vidalaşıb.

Həm daxildə və həm də aricdə yaşayan milyonlarla iranlı, komandanın mundialla vidalaşmasıni sevinclə qarşılayıb.

İranlılar çox saylı paylaşımlarda bunu "İslam Respublikasının məğlubiyyəti" kimi dəyərləndirib, bu komandanın Tehran rejiminin təbliğatçısı olduğu bildirilib.

Qeyd edək ki, İran yığmasının üzvləri çempionatda vuracaqları hər bir qolu və qazanacaqları hər bir qələbəni rəhbərlərinin ruhuna ithaf edəcəkləri barədə bəyanat vermişdilər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar