SON XƏBƏRLƏR

İranda dolların bahalaşması davam edir

2026.06.28, 21:00
İranda dolların bahalaşması davam edir

Gunaz.tv

İranda açıq bazarda ABŞ dolları və digər xarici valyutaların qiyməti yenidən artıb. Dollar 172 min tümənə yüksəlib.

Günaz TV-nin məlumatına görə, “Həm-Mihan” qəzeti bildirib ki, iyulun 28-də dolların açıq bazardakı qiyməti 172 min tümənə çatıb. Avronun qiyməti isə 194 min 100 tümən olaraq qeydə alınıb.

Bu artım bir gün əvvəl dolların 166 min 700 tümən olduğu halda baş verib və valyutanın qiyməti bir gün ərzində 5 mindən çox tümən yüksəlib.

Valyuta qiymətlərindəki artım İran və ABŞ arasında anlaşma memorandumunun imzalanmasından sonra dolların 27 iyunda təxminən 153 min tümənə qədər enməsindən sonra yenidən başlayıb.

Görünür, Körfəz bölgəsində davam edən gərginliklər və İranla ABŞ arasında Hörmüz boğazından gəmilərin keçidi ilə bağlı yaranan qarşıdurmalar İran valyuta bazarına təsir göstərib.


GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar