SON XƏBƏRLƏR

Kats: İsrail ordusuna İrana qarşı müstəqil hücum planı hazırlamaq tapşırılıb

2026.06.29, 21:17
Kats: İsrail ordusuna İrana qarşı müstəqil hücum planı hazırlamaq tapşırılıb

İsrail ordusuna İrana qarşı müstəqil hücum planı hazırlamaq tapşırılıb.

Gunaz.tv

Bunu İsrailin müdafiə naziri İsrail Kats deyib.

O, xəbərdarlıq edib ki, əgər İran İsrail ərazisinə raket atarsa, İsrail günü sabah Tehranla müharibəyə başlaya bilər.

“Əgər İran İsrailə raket atsa, İsrail bütün gücü ilə İrana zərbə endirəcək”, – deyə Kats hərbi və diplomatik jurnalistlərə bildirib. “İranın İsrailə atəş açacağı heç bir vəziyyəti qəbul etməyəcəyik. Bu, amerikalılara da açıq şəkildə çatdırılıb. İsrail Müdafiə Qüvvələri (IDF) buna hazır vəziyyətdə gözləyir. Hədəflər müəyyən edilib.”

Kats əlavə edib: “IDF-yə göstərişim İranda yalnız İsrail tərəfindən həyata keçiriləcək müstəqil əməliyyata hazırlaşmaqdır.”

O bildirib ki, İsrail ABŞ Prezidenti Donald Trampın İranla bağlı diplomatik səylərinə mane olmaq istəmir. Bununla belə vurğulayıb: “Özümüzü müdafiə etməyə gəldikdə isə, nə Livanda, nə də İranda heç bir güzəşt ola bilməz.”

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar