SON XƏBƏRLƏR

İran rəhbərinin həyat yoldaşı ilə vida mərasimi keçirilib- Xamenei qatılmadı

2026.07.02, 16:29
İran rəhbərinin həyat yoldaşı ilə vida mərasimi keçirilib- Xamenei qatılmadı

Ötən gecə Tehranda İranın yeni rəhbəri Müctəba Xaməneinin həyat yoldaşı Zəhra Həddad Adillə vida mərasimi keçirilib.

Gunaz.tv

Bu haqda İran mediası məlumat yayıb.

Məlumata görə, vida mərasimində onun atası, Fars Dili Akademiyasının sədri və İran parlamentinin keçmiş spikeri Qulaməli Həddad Adil, ailə üzvləri və bir sıra digər şəxslər iştirak etsələr də, Zəhra Həddad Adilin həyat yoldaşı Müctəba Xamənei və ona yaxın şəxslər mərasimə qatılmayıb.

Bu, Müctəba Xamneinin həyatda olmaması və ya aır yaralı vəziyyətdə olması ilə bağlı fərziyyələrin yenidən gündəmə gəlməsinə səbəb olub.

Qeyd edək ki, Zəhra Həddad Adil, fevralın 28-də Amerika və İsrailin İranın keçmiş rəhbəri Əli Xaməneinin iqamətgahına hücumları zamanı həyatını itirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar