SON XƏBƏRLƏR

Xameneinin dəfn mərasimi İranın beynəlxalq təcridini ortaya qoyur

2026.07.02, 20:32
Xameneinin dəfn mərasimi İranın beynəlxalq təcridini ortaya qoyur

Gunaz.tv

Fox News bildirib ki, Əli Xameneinin dəfn mərasimində dünyanın aparıcı dövlət rəhbərlərinin iştirak etməməsi İranın beynəlxalq aləmdə getdikcə daha çox təcrid olunduğunu göstərir.

Gunaz.tv-nin məlumatına görə, mərasimdə bəzi iraqlı rəsmilər və Gürcüstan prezidenti iştirak etsə də, dünyanın böyük güclərinin heç bir yüksək səviyyəli rəhbəri bu mərasimə qatılmayacaq.

Terrorizmlə mübarizə üzrə ekspert Ömər Məhəmməd Fox News-a bildirib ki, heç bir böyük dövlət özünün birinci dərəcəli rəhbərini bu mərasimə göndərməyib və bu, İranın beynəlxalq səviyyədə artan təcridinin göstəricisidir.

O əlavə edib ki, vaxtilə bölgədə geniş təsir iddiası irəli sürən İran hakimiyyəti bu gün keçmiş liderinin dəfn mərasimində belə geniş beynəlxalq dəstək və iştirak əldə edə bilməyib.

İranın keçmiş diktatoru Əli Xameneinin cəsədi iyulun 9-da Məşhəddəki İmam Rza türbəsində torpağın altına qoyulacaq.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar