SON XƏBƏRLƏR

24 yaşlı siyasi məhbus edam ediləcək

2026.07.04, 09:36
24 yaşlı siyasi məhbus edam ediləcək

Tehranın Evin həbsxanasında saxlanılan 24 yaşlı siyasi məhbus Ərğəvan Fəllahi edam ediləcək.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Tehran İnqilab Məhkəməsinin 15 saylı şöbəsi Fəllahini "ölkənin təhlükəsizliyinə qarşı silahlı fəaliyyət"də günahlandırıb.

Ərğəvan Fəllahi 2025-ci il yanvarın sonlarında həbs edilib.

O, bundan əvvəl də "hökumətə qarşı təbliğat" və "milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq" ittihamına görə 2 il həbs cəzası çəkib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar