SON XƏBƏRLƏR

Hindistan tankerlərə hücumlardan sonra İran diplomatını XİN-ə çağırıb

2026.07.14, 12:40
Hindistan tankerlərə hücumlardan sonra İran diplomatını XİN-ə çağırıb

Hindistan çərşənbə axşamı Yeni Dehlidəki İran səfirinin müavinini Xarici İşlər Nazirliyinə çağıraraq Hörmüz boğazında iki kommersiya tankerinə edilən hücumlarla bağlı kəskin etirazını bildirib.

Gunaz.tv

Hindistan Xarici İşlər Nazirliyinin məlumatına görə, MT Al BahiyahMT Mombasa tankerlərinin ümumilikdə 46 nəfərdən ibarət heyəti arasında 30 Hindistan vətəndaşı olub.

Nazirliyin bildirdiyinə görə, Al Bahiyah tankerində olan 12 hindistanlıdan biri həlak olub, biri yaralanıb. Mombasa tankerindəki 18 hindistanlıdan isə doqquzu xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Hindistan mülki dənizçilərə və kommersiya gəmiçiliyinə qarşı hücumları pisləyərək bildirib ki, mülki gəmilərə və infrastruktur obyektlərinə qarşı zorakılıq beynəlxalq su yollarında təhlükəsiz naviqasiyanı pozur.

Rəsmi Dehli regionda yenidən alovlanan hərbi əməliyyatların dərhal dayandırılmasına və diplomatik həll yoluna qayıdılmasına çağırıb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar