SON XƏBƏRLƏR

ABŞ Hengam adasına hücum etdi

2026.07.15, 18:19
ABŞ Hengam adasına hücum etdi

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İranın hökumətyönlü media orqanları çərşənbə günü axşam saatlarında Hengam adasına hava hücumu edildiyini bildiriblər.

SEPAH-a yaxınlığı ilə tanınan Fars Xəbər Agentliyi Bəndər Abbasdakı müxbirinə istinadən xəbər verib ki, saat 18 radələrində Hengam adasında bir nöqtə ABŞ tərəfindən hədəfə alınıb.

Mehr Xəbər Agentliyi də oxşar məlumat yayıb və hücumun Qeşm adasının cənubunda yerləşən Hengam adasında baş verdiyini yazıb.

Bu məlumatlara görə, Hörmüzqan Valiliyi Hengam adasına “mərminin dəydiyini” təsdiqləyib və əlavə məlumatın daha sonra açıqlanacağını bildirib.

ABŞ Mərkəzi Komandanlığı isə bu məlumatlarla bağlı hələlik heç bir açıqlama verməyib.

 

Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar